"Real" Modriçin formasını hamısından baha satdı

"Real" Modriçin formasını hamısından baha satdı
"Real" futbolçularının İspaniya Primyerası çərçivəsində "Ebar"la oyunda (3:1) geyindiyi futbolkaları satıb.
Fanat.Az xəbər verir ki, geyim dəstlərinin ABŞ-da auksiona çıxarılması haqda "Sportsfinding" informasiya yayıb.
Luka Modriçin forması 7000 avroya satılıb. Eden Azarın futbolkası 3200 avro gəlir gətiribsə, Serxio Ramosun idman geyiminə 3100 avro verilib. Qaret Beyl isə bu mənada adıçəkilənlərdən geri qalıb - 1500 avro.  
 
"Real" bütün çempionat matçlarından sonra anoloji addımı atmaqda qərarlıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər