"Real" məşqçiylə dalaşan qapıçısını bu qiymətə satır - MƏBLƏĞ

"Real" məşqçiylə dalaşan qapıçısını bu qiymətə satır - MƏBLƏĞ

"Real Madrid" ukraynalı qapıçı Andriy Luninin transfer qiyməti ilə bağlı qərarını qətiləşdirib. 

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, İspaniya nəhəngi futbolçunu 8 milyon avroya satmağa hazırdır. 

Mənbənin məlumatına görə, ABŞ-a mövsümöncəsi turne zamanı Lunin "Real"ın qapıçılar üzrə məşqçisi ilə münaqişə yaşayıb. Buna baxmayaraq, ukraynalı müqaviləsinin sonuna qədər paytaxt klubunda qalmağı və gələn yay azad agent olmağını gözləyir.

Lunin 2018-ci ildə Madrid klubuna keçib. O, ötən mövsüm komandanın heyətində 12 oyuna çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər