"Real" baş məşqçi dəyişikliyinə hazırlaşır.
Fanat.Az goal.com-a istinadən xəbər verir ki, "Kral Klubu"nun rəhbərliyi Joze Mourinyo ilə danışıqlara başlayıb.
"Real" La Liqanın IX turunda "Malyorka"ya uduzaraq liderliyi "Barselona"ya təhvil verib. Bundan başqa komanda Çempionlar Liqasına da uğursuz başlayaraq ilk iki turda cəmi bir xal qazanıb.
"Malyorka" məğlubiyyətindən sonra hərəkətə keçən "Real" rəhbərliyi Mourinyo ilə danışıqlara start verib. Portuqaliyalı mütəxəssisin Madrid klubuna qayıtmağa müsbət yanaşdığı deyilir.
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"a başçılıq edib. Komanda onun rəhbərliyi altında La Liqanın, "Kral Kuboku"nun və İspaniya Super Kubokunun qalibi olub. O, Madrid klubundan ayrıldıqdan sonra "Çelsi" və "Mançester Yunayted"i çalışdırıb.
Fanat.Az