"Real" Mendi ilə bağlı qərarını verdi

"Real" Mendi ilə bağlı qərarını verdi

"Real Madrid" klubu sol cinah müdafiəçisi Ferlan Mendi ilə yollarını ayırmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.

Xəbərə görə, futbolçunun səhhətində tez-tez yaranan problemlər və qeyri-sabit nəticələr klub rəhbərliyini onunla yay transfer pəncərəsindən əvvəl vidalaşmağa sövq edib. 

"Real" gələn mövsüm üçün Mendini heyətində görmür. Əslində, hələ keçən yayda fransızla vidalaşmaq istəyən "Kral klubu"na onun transferi üçün yalnız Səudiyyə Ərəbistanından təklif gəlib. Mendi isə Avropada qalmaqda maraqlıdır və bu üzdən "Real"la müddəti 2025-ci ilin yayına qədər olan müqaviləsinin sonuna kimi Madridi tərk etmək istəmir.

Ferlan Mendi bu mövsüm "Real"ın heyətində yeddi oyun keçirib. O, 2022-ci ilin yayından bəri zədə səbəbindən ümumilikdə 29 matçı buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər