Kilian Mbappe və Erlinq Holand kimi ulduzları transfer etmək şansı azalan "Real Madrid"in idarəçiləri digər hücumçuları nəzərdən keçirir.
Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, hazırda "Çelsi"nin forvardı Romelu Lukaku İspaniya nəhənginin diqqət mərkəzindədir.
Xəbərə görə, London klubunun 2021-ci ilin avqustunda Milan "İnter"indən 113 milyon avroya aldığı belçikalı yay transfer pəncərəsində İspaniya nəhənginə keçə bilər. "Zadəganlar"la olan müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq Romelunun "Real"da oynamaq variantına isti yanaşdığı vurğulanıb.

Bu mövsüm "zadəganlar"ın formasıyla İngiltərə Premyer Liqasında 23 matçda meydana çıxan Lukaku 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat