"Real Madrid"in müdafiəçisi Miqel Qutyerres "Jirona"ya keçib.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniya təmsilçisinin rəsmi saytı yayıb.
Madrid klubunun yetirməsi olan 21 yaşlı futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin 30 iyun tarixinə qədər nəzərdə tutulub.
Bu transfer "Jirona"ya 4 milyon avroya başa gəlib.
Qeyd edək ki, Qutyerres "Real Madrid"in əsas komandasında 10 oyun keçirib və 2 qol ötürməsi ilə yadda qalıb.
Röya