"Real" baş məşqçisi Xulen Lopetegi La Liqanın X turunda "Barselona” ilə səfər matçına qədər istefaya göndərilməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə klubun direktoru Emilio Butragenyo "Mundo Deportivo”ya bildirib.
Onun sözlərinə görə, "El-Klasiko” Madrid təmsilçisi üçün əla motivasiyadı: "Lopetegi "Barselona” ilə oyunda "Real"a rəhbərlik edəcək. Belə vəziyyətdə sakitliyi qorumaq önəmlidi. Mətbuatda gedən şayiələrdən xəbərdarıq. Amma biz "Barselona” ilə görüşə özümüzə inamlı şəkildə yanaşmaq istəyirik. Bazar günü baş tutacaq oyun hamı üçün əla motivasiyadı. Komandanın yaxşı çıxışına ümid bəsləyirik”.
Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə saat 19.15-də start götürəcək.
Fanat.Az