"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

"Real Madrid"i bu gün "Uembli"də Dortmund "Borussiya"sına qarşı keçirəcəyi matçda - Çempionlar Liqasının finalında dəstəkləmək üçün Londona uçmaq istəyən 270 azarkeş arzusuna çata bilməyəcək.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, bu tərəfdarların İngiltərəyə aparacaq reys təxirə salınıb və aviaşirkət alternativ variant təklif etməyib.

Mənbənin məlumatına görə, "Real" mövcud vəziyyətlə heç bir əlaqəsi olmasa da, rəhbərlik azarkeşlərin maliyyə itkisini fərqli yolla sığortalamaq niyyətindədir. Belə ki, həmin fanatların hər birinə komandanın "Santyaqo Bernabeu"dakı növbəti ev oyunu üçün VİP biletlər veriləcək.

Qeyd edək ki, final qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər