"Real" ÇL-in qalibi oldu

"Real" ÇL-in qalibi oldu

Bu gün UEFA Çempionlar Liqasının final matçı keçirilib.

Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada İspaniyanın “Real Madrid” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib.

Oyun Londondakı “Uembli” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Bu, Çempionlar Liqası tarixində 69-cu final olub. Turnirin ən titullu klubu “Real” ikinci hissədə iki qol vuraraq 15-ci dəfə qalib adını qazanıb.

1 iyun

UEFA Çempionlar Liqası Final

"Borussiya" Dortmund (Almaniya) – "Real" (İspaniya) 0:2

Qollar: Dani Karvaxal, 74. Vinisius Junior, 83. Baş hakim: Slavko Vinçiç (Slovakiya)

London. "Uembli" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər