"Real" yarımmüdafiəçisi Eden Hazarı satışa çıxarıb.
Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Xosep Pedrerol məlumat yayıb.
El Chiringuito TV-nin qonağı olan Pedrerol "Real"ın hədəfi Mbappedir. Hazar transferə çıxarılıb. Ancaq onu satmaq çətin olacaq", - deyə bildirib.
Qeyd edək ki, belçikalı futbolçu zədə səbəbindən uğursuz mövsüm keçirib. Dünən Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə cavab oyunundan (0:2) sonra keçmiş komanda yoldaşları ilə deyib-gülən Hazarın bu hərəkəti birmənalı qarşılanmayıb. Belçikalının davranışı azarkeşlərlə yanaşı, klub rəsmilərini də özündən çıxarıb və İspaniya nəhəngi onun satılmasına qərar verib.
Röya
Fanat.Az