"Real" Hazarddan qurtula bilmədi - SON DURUM

"Real" Hazarddan qurtula bilmədi - SON DURUM

Belçikalı ulduz futbolçu Eden Hazard müqaviləsinin sonuna qədər "Real Madrid"də qalacaq.

Fanat.Az "The Atletik"ə istinadən xəbər verir ki, o, 2024-cü ildə başa çatacaq müqaviləni vaxtından əvvəl qarşılıqlı razılıq əsasında dayandırmaq, bunun üçün maaşının bir hissəsindən imtina etmək niyyətində deyil.

Madrid klubunda ardıcıl dördüncü mövsümünü keçirən Hazard rəhbərliklə görüşərək daha bir il klubda qalmağa qərar verdiyini çatdırıb. Hazard hazırda "Real"da ən ödənişli ( illik təxminən 20 milyon avro) futbolçudur.

Xatırladaq ki, Hazard 2019-cu ildə “Çelsi” dən “Real”a 100 milyon avroya transfer olunub, sonradan ümumi dəyəri bonuslara görə 115 milyona çatıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər