"Real" fransız istedadı PSJ-dən qoparmaq istəyir

"Real" fransız istedadı PSJ-dən qoparmaq istəyir

"Lill"in istedadlı müdafiəçisi Leni Yoronun İspaniyanın top-klubunda oynamaq imkanı var. 

Fanat.Az xəbər verir ki, məlumatı "Todofichajes" yayıb. 

Portalın məlumatına görə, "Real Madrid" 18 yaşlı futbolçunu öz sıralarına cəlb etmək istəyir. "Kral klubu" bu mövsümün sonunda Yoronu transfer etməyi planlaşdırır. Klub rəhbərliyi mərkəz müdafiəçisinin transferi üçün "Lill"ə 30 milyon avro təklif etməyə hazırdır. 

Qeyd edək ki, PSJ özü də Leninin xidmətlərində maraqlıdır. 

Fransa çempionatının bu mövsümündə müdafiəçi 20 oyun keçirib. Yoro bu görüşlərdə iki qol vurub və üç sarı vərəqə alıb."Transfermarkt" fransız futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər