"Real" finalda oynamağı haqq etmir" - Peter Şmeyxel 

"Real" finalda oynamağı haqq etmir" - Peter Şmeyxel 

"Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyxel "Real Madrid"in Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib.

Fanat.Az xəbər verir ki, danimarkalı veteranın söylədiklərini "CBS Sport" belə çatdırıb:

"Məncə, "Real" finalda oynamağı haqq etmir. Madrid təmsilçisi hər iki oyunda "Mançester Siti"dən zəif idi. İkinci qarşılaşmada ilk qol imkanını 90-cı dəqiqədə yaxaladılar və rəqib qapısına yol tapdılar. İkinci qolu isə bundan bir dəqiqə sonra vurdular. İngiltərə komandası oyuna tam nəzarət edirdi. Amma bəzən tribunalar 12-ci oyunçu olmağı bacarır. Azarkeşlər sadəcə, möhtəşəm dəstəklə yadda qaldılar. "Real"ın futbolçuları uduzmaqdan qorxmadıqları üçün finala çıxa bildilər. Onların çoxu daha öncə də ÇL-in qalibi olmuşdu. Məhz bu məqam nəticəyə təsir etdi".

Qeyd edək ki, yarımfinalın ilk matçında 3:4 hesabı ilə uduzan "Real" Madriddə qələbə qazanaraq (3:1) finala çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər