"Real" camiəsinin daha bir üzvü yoluxdu

"Real" camiəsinin daha bir üzvü yoluxdu
İspaniyanın "Real” klubunun sabiq prezidenti Fernando Martin Alvares koronavirusa yoluxub.
 
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı biznesmen Madrid xəstəxanalarından birinin intensiv terapiya şöbəsinə yerləşdirilib.
 
Alvares 2006-cı ilin fevralında Florentino Peresin istefasından sonra klubun müvəqqəti (2 aylıq) prezidenti təyin olunmuşdu.
 
Bir neçə gün əvvəl koronavirus infeksiyasından "Real”ın daha bir sabiq prezidenti Lorenso Sans 76 yaşında dünyasını dəyişib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər