"Real" bunu 21-ci əsrdə ilk dəfə bacardı

"Real" bunu 21-ci əsrdə ilk dəfə bacardı

İspaniya çempionluğunu bir tur əvvəldən təmin edən "Barselona" son turda doğma meydanda "Real Sosyedad"a uduzub (1:2). 

Fanat.Az xəbər verir ki, basklar 21-ci əsrdə ilk dəfə “Kamp Nou”da qalib gəlib.

"Real" sonuncu dəfə 1991-ci ildə, Yohan Kroyfun “Barselona”ya rəhbərlik etdiyi vaxt bunu bacarmışdı (3:1).  Baxmayaraq ki, "Barselona" həmin mövsüm də İspaniya çempionu olmuşdu.

Çempionatın növbəti turunda “Real Sosyedad” doğma meydanda “Almeriya”nı qəbul edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər