"Real" bu mövsüm "Santyaqo Bernabeu"ya həsrət qalacaq

"Real" bu mövsüm "Santyaqo Bernabeu"ya həsrət qalacaq
"Real" cari mövsümün qalan oyunlarını "Santyaqo Bernabeu" stadionunda keçirməyəcək.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, matçlara "Alfredo Di Stefano" stadionu ev sahibliyi edəcək. Bu barədə "Real"ın prezidenti Florentino Peres məlumat verib:
"Mövsümün qalan ev oyunlarını "Alfredo Di Stefano" stadionunda keçirmək qərarına gəldik. Bu qərar sayəsində "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işlərini davam etdirə biləcəyik".
"Alfredo Di Stefano" stadionu Madrid klubunun rezerv komandası - "Kastilya"ya məxsusdu.
Hazırda "Real"ın "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparılır. Ümumi layihənin "kral klubu"na 570 milyon avroya başa gələcəyi bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər