"Real" bu gün yeni baş məşqçisini açıqlayacaq - İDDİA

"Real" bu gün yeni baş məşqçisini açıqlayacaq - İDDİA
"Real"ın baş məşqçisi Xulen Lopetegi komandadan ayrılır.
Fanat.Az "Marca”ya istinadən xəbər verir ki, mütəxəssis La Liqanın X turunda "Barselona”ya 1:5 hesablı məğlub olduqları oyundan sonra futbolçularıla vidalaşıb. 52 yaşlı məşqçi hər ehtimala qarşı onlarla sağollaşmağı lazım bildiyini söyləyib. 
İddia olunur ki, "Real" bu gün Bakı vaxtı ilə saat 16.00-da italiyalı Antonio Konteni komandanın yeni baş məşqçisi qismində ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, bu il iyunun 15-dən "Real"ə rəhbərik edən Xulen Lopetegi 2018-ci il dünya çempionatı ərəfəsində İspaniya yığmasından qalmaqalla ayrılıb. "Kral Klubu” hazırda La Liqada 14 xalla 9-cu pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər