Bu gün İspaniya La Liqasında 37-ci turun görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, turun bütün matçları bu günə təsadüf edəcək. "Eybar" - "Valyadolid" qarşılaşması istisna, digər oyunlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Real" "Vilyarreal"a qalib gələcəyi təqdirdə sona bir tur qalmış 34-cü çempionluğunu rəsmiləşdirəcək. "Barselona" "Osasuna" ilə, "Atletiko" isə "Xetafe" ilə qarşılaşacaq.
37-ci tur ərəfəsində lider "Real"ın aktivində 83 xal var. İkinci "Barselona" əzəli rəqibindən 4 xal geri qalır.
İspaniya La Liqası
37-ci tur
16 iyul
20:30. "Eybar" - "Valyadolid"
23:00. "Atletik" - "Leqanes"
23:00. "Barselona" - "Osasuna"
23:00. "Betis" - "Alaves"
23:00. "Valensiya" - "Espanyol"
23:00. "Malyorka" - "Qranada"
23:00. "Real" - "Vilyarreal"
23:00. "Real Sosyedad" - "Sevilya"
23:00. "Selta" - "Levante"
23:00. "Xetafe" - "Atletiko"
Fanat.Az