"Real" Braziliya ilə oyunda het-trik edən "yeni Messi"yə elçi düşdü

"Real" Braziliya ilə oyunda het-trik edən "yeni Messi"yə elçi düşdü

İndaneziyada keçirilən 17 yaşadək futbolçular arasında dünya çempionatında daha bir ulduz parlayıb.

Fanat.Az xəbər verir ki, Braziliya ilə oyunda het-trik edərək komandasını yarımfinala daşıyan (3:0) argentinalı Klaudiyo Eçeverri Avropa nəhənglərinin diqqətini cəlb edib.

AS nəşri iddia edib ki, İspaniya nəhəngi "Real Madrid" də gənc istedad uğrunda mübarizəyə qoşulub.

"Yeni Messi" kimi təqdim olunan Eçeverrinin hüquqları "River Pleyt"ə məxsusdur. Madrid klubu onu əldə etmək üçün 25 milyon avro xərcləməyə hazırdır. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər