"Real Madrid" La Liqa rəhbərliyindən İspaniya çempionatının son turunda baş tutacaq matçın - "Betis" ilə ev oyununun təxirə salınmasını istəyib.
Fanat.Az "Revelo"ya istinadən xəbər verir ki, bu addım “Santyaqo Bernabeu” stadionunda dünya şöhrətli ABŞ-li müğənni Teylor Sviftin konsertini təşkil etmək üçün atılıb.
Xəbərə görə, İspaniya nəhəngi artıq bilet üçün 450 min müraciət alıb. Mənbə Sviftin konsertinin mayın sonuna planlaşdırıldığını vurğulayıb.
Qeyd edək ki, "Real" - "Betis" qarşılaşması mayın 26-da “Satyaqo Bernabeu” stadionunda keçirilməlidir.