"Real" - "Bayern" matçının ən yaxşısı bilindi

"Real" - "Bayern" matçının ən yaxşısı bilindi

Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutan "Real Madrid" - "Bayern Münhen" matçının (2:1) ən yaxşı oyunçusu müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin hücumçusu Vinisius Junior UEFA tərəfindən matçın ən yaxşısı seçilib. 

Braziliyalı bu qarşılaşmada 3-ü hədəfə düşməklə, qapıya 5 zərbə endirib. O, həmçinin topa 58 toxunuş və 20 dəqiq ötürmə edib.

Xatırladaq ki, Vinisius Çempionlar Liqasında bu mövsüm 9 matçda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər