Kriştiano Ronaldonu "Yuventus"a satan "Real"ın heyətinə ulduz futbolçular qatacağı müzakirə edilir. Portuqaliyalı ulduzun yerini tuta biləcək bir çox ulduzun adı çəkilir. Əsas namizəd isə "Çelsi"dən Eden Hazard hesab olunur.
Fanat.Az xəbər verir ki, "Kral Klubu"nun azarkeşləri də bununla bağlı öz fikirlərini bildiriblər. Belə ki, fanatlar "Flamenqo"dan transfer edilən Viniçusun təqdimat mərasimində klubun prezidenti Florentino Peresdən PSJ-nin formasını geyinən Kilian Mbappenin alınmasını xahiş ediblər.
Fanat.Az