"Real" Argentina millisinin forvardını istəyir

"Real" Argentina millisinin forvardını istəyir

Milan "İnter”inin forvardı Mauro İkardi "Real”ın diqqət mərkəzinə düşüb.

 

 

Fanat.Az "Tuttomercatoweb”ə istinadən xəbər verir ki, Madrid klubunun rəsmiləri bu həftə İkardinin xanımı və agenti olan Vanda Nara ilə ünsiyyət qurub.

 

Müzakirələrdən sonra ispanlar "Napoli”nin ildə 2 milyon bonus fonunda 9 milyon avro əməkhaqqı təklif etdiyi futbolçuya daha çox ödəməyə hazır olduqlarını söyləyib.

Mənbə Zinəddin Zidanın şəxsən bu keçiddə maraqlı olduğunu da açıqlayıb.

Qeyd edək ki, İkardi uzun müddəti "İnter”lə razılığa gələ bilmir. Fevralda kapitan sarğısından məhrum edilən argentinalı dizində ağrılar olduğunu bəhanə gətirərək meydana çıxmır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər