"Real" 60 il sonra bunu bacardı

"Real" 60 il sonra bunu bacardı

Ötən gecə İspaniya kubokunun yarımfinalında reallaşan "El Klasiko"da "Real Madrid" əzəli rəqibi "Barselona"nı 4:0 hesabı ilə məğlub edib finala adladı.

Fanat.Az xəbər verir ki, Kərim Benzemanın het-trik etdiyi qarşılaşma "Kral klubu" üçün yaddaqalan olub. 

Tarixində 40-cı dəfə final oynayacaq "Real" tarixi nəticə gerçəkləşdirib. Belə ki, Karlo Ançelottinin yetirmələri 60 illik rekorda imza atıb. Madridlilər sonuncu dəfə 1963-cü ilin yanvarında səfərdə “Barselona”nın qapısına 4 və ya daha çox qol vurub. O zaman hesab 5:1 olub.

Xatırladaq ki, İspaniya kubokunun finalı mayın 6-da Sevilyada keçiriləcək. "Real" həlledici matçda "Osasuna" ilə üz-üzə gələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər