"Real" 400 milyon avro itirdi

"Real" 400 milyon avro itirdi
"Real" (Madrid) klubu ziyana düşüb.
 
Fanat.Az xəbər verir ki, İspaniya təmsilçisi son 3 ildə futbolçu transferlərindən təxminən 400 milyon avro itirib.
AS nəşrinin araşdırmasına görə, 2018-ci ildən alınan oyunçulardan yalnız qapıçı Tibo Kurtua və müdafiəçi Ferlan Mendi daim əsas heyətdə möhkəmlənə bilib. Alınan bütün futbolçuların transfer qiyməti yetərincə azalıb.
"Kral klubu" 2019-cu ilin yayında aldığı Eden Azar üçün İngiltərə təmsilçisi "Çelsi"yə 120 milyon avro ödəyib. Hazırda 30 yaşlı belçikalı yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, "Real Madrid" 2020-ci yayında və qış transfer dönəmində futbolçu almayıb
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər