"Real" 3 ulduzunu bu yay satacaq - ADLAR

"Real" 3 ulduzunu bu yay satacaq - ADLAR
Madrid "Real"ı bu yay bir neçə oyunçusu ilə vidalaşacaq.
Fanat.Az xəbər verir ki, İspaniyanın nüfuzlu AS nəşri klubdan ayrılacaq ulduzların adlarını açıqlayıb.
Mənbə ulduz müdafiəçilərin - fransalı Rafael Varanla braziliyalı Marselonun ağ futbolkayla vidalaşacağını iddia edib. Həmkarlarımız arzuladığı qədər forma şansı qazanmayan İskonun da yola salınacağını vurğulayıb.
Varanın gedişinin qaçılmaz olduğunu qabardan nəşr onun 60 milyon avroya satılacağını bildirib. Sözügedən üç futbolçuya görə "Real"ın ümumilikdə 100 milyon avro alacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, "Real" son mövsümdə 38 oyuna 84 xal toplayaraq İspaniya Primyerasında ikinci olub. Çempionluğu isə 86 xal yığan "Atletiko" bayram edib.
Atilla 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər