"Real” 3 il sonra "Nou Kamp”da "Barselona”nı məğlub edib.
Fanat.Az xəbər verir ki, "Kral Klubu" ötən gün səfərdə Kataloniya klubuna 3:1 hesabı ilə qalib gəlib.
Zinəddin Zidanın başçılıq etdiyi kollektiv son dəfə 2017-ci ilin avqustunda İspaniya Super Kubokunda "Barselona”nı üstələməyi bacarıb- 3:1. Həmin oyundan sonra komandalar 3 dəfə "Nou Kamp”da üz-üzə gəlsələr də, "Real” bu görüşlərdən heç birində qələbə qazana bilməyib.