Rayola FİFA-nı tənqid etdi: "Onların ağlı başındadır?"

Rayola FİFA-nı tənqid etdi: "Onların ağlı başındadır?"

Tanınmış futbol meneceri Mino Rayola FİFA-nı tənqid edib. 

Fanat.Az xəbər verir ki, Almaniyanın “Sport1” nəşrinə danışan 54 yaşlı niderlandlı ali futbol qurumunun agentlərə qarşı münasibətinə rəy bildirib.

"Mənim FİFA haqqında fikrimi hamı bilir. Bu "mağaza" Avropada bizə lazım deyil. Hamı ayılıb. FİFA-ya etibar azalıb. Bu qurumun planları nisbətən inkişafdan geridə qalmış kontinentlərdə baş tuta bilər.  Futbolun gəlirinin 97%-i Avropadan əldə edilir. Bilmirəm niyə səlahiyyətimizi FİFA kimi korrupsioner "mağazaya" verməliyik. Ona görə də TFF-i (The Football Forum) təsis etdik. Biz yeni bir futbol sistemi yaratmaq istəyirik. Bu sistemdə klublar, oyunçular və agentlər UEFA bayrağı altında birgə fəaliyyət göstərirlər.

Biz istəmirik FİFA güya futbol üçün nəyin yaxşı olduğuna dair fikirlərini diktator kimi desin. Onlar öz problemlərini ört-basdır etmək üçün biz agentlərdən istifadə edirlər. Barmaqlarını bizə uzadaraq "Agentlər pis adamlardır" deyə damğa vururlar. Onlar hamını öz problemlərindən yayındırmaq istəyir. İki ildən bir dünya çempionatı keçirmək istəyirlər. Bu nə cəfəngiyyatdır? Onların ağlı başındadır? Bu, futbol üçün faciədir!"

Xatırladaq ki, Rayola Erlinq Holand, Pol Poqba Canluici Donnarumma kimi futbolçuların meneceridir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər