İki qadına hücum etməkdə təqsirləndirilən Uels millisinin baş məşqçisi Rayan Giqqz məhkəmə qarşısına çıxıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, Mançesterdə hakim qarşısına çıxan mütəxəssis ittihamları qəbul etməyərək günahsız olduğunu deyib.
Məhkəmənin növbəti prosesi may ayının 26-da keçiriləcək.
Qeyd edək ki, ötən ilin noyabr ayında Giqqzin Vorslidəki evində indisent yaşanıb. O, keçmiş rəfiqəsi Keyt Qrevvilə və 20 yaşlı digər xanıma bədən xəsarətləri yetirməkdə günahlandırılır.
Röya
Fanat.Az