Raul "Real"a dönür

Raul "Real"a dönür

Madrid "Real"ının canlı əfsanəsi Raul Qonsales yenidən "Kral klubu"na qayıda bilər. Fanat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real"ın prezidenti Florentino Peres 37 yaşlı ispaniyalıya idman direktoru vəzifəsini təklif etməyi hazırlaşır.

Qətərin "Əl Sadd" klubunun şərəfini qoruyan Raul 741 dəfə "Qalaktikos"un formasını geyinib və 323 qola imza atıb. O, Madrid klubu ilə 6 dəfə İspaniya çempionu, 3 dəfə Çempionlar Liqasını və 2 dəfə Qitələrarası Kuboku qazanıb.

İspaniya yığmasının heyətində 102 oyun keçirən hücumçu 44 qola imza atıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər