Milli komandamızın üzvü Rauf Əliyev karyerasını Rusiyada davam etdirə bilər. Fanat.az xəbər verir ki, 25 yaşlı hücumçunun xidmətində "Mordoviya" maraqlıdı.
Komandanın yeni baş məşqçisi Yuri Syomin milli komandasızın üzvünü yanına aparmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar gedir. "Bakı"da qalmaq istəməyən Raufun özü də Rusiyada oynamağın əleyhinə deyil.
Qeyd edək ki, Rauf Əliyev başa çatan mövsümdə "Bakı"da 29 oyun keçirib və 9 qol vurub. 25 yaşlı forvard milli komandadakı 35 oyunda 7 dəfə fərqlənib. "Bakı"dan əvvəl "Qarabağ"ın formasını geyinmiş Əliyevin xidmətində "Xəzər Lənkəran" da maraqlıdı.
Onu da qeyd edək ki, Syomin "Qəbələ"dən Lorenzo Ebesilio və Ibrahima Niasseni, "Qarabağ"dan isə Reynaldonu "Mordoviya"ya aparmaq istəyir.
Fanat.az