Rauf Cabarov Yunanıstanda darmadağına şahid oldu

Rauf Cabarov Yunanıstanda darmadağına şahid oldu

Azərbaycanlı FİFA referisi Rauf Cabarov beynəlxalq oyun idarə edib.

Fanat.Az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli Yunanıstan millisinin evdə Lixtenşteynə qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun baş hakimi olub.

Cabarovun fit çaldığı oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. O, bu görüşdə Yunanıstanın 2, Lixtenştenin 4 futbolçusuna sarı vərəqə göstərməklə yadda qalıb.

Qeyd edək ki, bu oyunda Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edib. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər