Rasim Ramaldanov Rusiyaya qarşı oynamayacaq

Rasim Ramaldanov Rusiyaya qarşı oynamayacaq
Milli komandamız Rusiya ilə oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Berti Foqts Rasim Ramaldanovun xidmətindən məhrum olub.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. İsraillə oyunda sarı vərəqə alan futbolçu Şimali İrlandiya ilə qarşılaşmada ikinci dəfə xəbərdarlıqla üzləşib. Bu isə onun seçmə mərhələnin erkən başa vurmasına səbəb olub.
Qeyd edək ki, eyni səbəbdən Ruslan Abışov Şimali İrlandiya ilə matçı buraxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər