Raşford "Mançester Yunayted"i digər İngiltərə nəhənginə dəyişə bilər

Raşford "Mançester Yunayted"i digər İngiltərə nəhənginə dəyişə bilər

"Mançester Yunayted"in hücumçusu Markus Raşford digər İngiltərə nəhənginin əsas transfer hədəfidir.

Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.

Xəbərə görə, 26 yaşlı ön xətt oyunçusunun xidmətində "Arsenal" maraqlıdır. Mənbə "topçular"ın Raşfordu cari mövsümün sonunda sıralarına cəlb etmək üçün indidən hərəkətə keçdiyini vurğulayıb.

Cari mövsüm "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 27 matça çıxan Markus 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xatırladaq ki, MY sözügedən futbolçunu xəstələndiyini bəhanə edərək məşqə gəlmədiyi, əvəzində gecə klubuna yollandığı üçün 764 min avro məbləğində cərimələyib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər