"Barselona"nın cinah hücumçusu Markus Raşford İspaniya Kubokunun 1/2 final mərhələsinin sabah keçiriləcək ilk oyununda komandasına kömək edə bilməyəcək.
Fanat.Az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın 23-cü turunda "Malyorka"nı darmadağın etdikləri matçda xəsarət alan ingiltərəli forvard "Atletiko Madrid"lə səfər qarşılaşmasını kənardan izləyəcək.
"Blauqrana" Raşfordun topa zərbə endirərkən sol dizində ağrı hiss etdiyini vurğulayıb.
Bu mövsüm ölkə çempionatında 21 matça çıxan 28 yaşlı Markus 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari "futbol ili"ndə "Barsa" forması ilə İspaniya Kubokunda 1 qol və eyni sayda assist, Çempionlar Liqasında isə 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Nihat