Ranqnik "Mançester Yunayted"lə vidalaşdı

Ranqnik "Mançester Yunayted"lə vidalaşdı

İngiltərənin “Mançester Yunayted” komandasının sabiq baş məşqçisi Ralf Ranqnik “qırmızı şeytanlar”la vidalaşıb. 

Fanat.Az-ın Mançester klubunun saytına istinadən məlumatına görə, mövsüm bitən kimi müvəqqəti tutduğu postu niderlandlı Erik ten Haqa təhvil verən Ranqnik digər vəzifəsindən də imtina edib.   Belə ki o, İngiltərə təmsilçisində məsləhətçi kimi fəaliyyətini davam etdirməliydi. Ancaq Ranqnik özünü tam şəkildə baş məşqçisi olduğu Avstriya yığmasındakı işinə həsr etməyi hədəflədiyini əsas gətirərək MY-dən ayrılıb.

"Mankunianlar" mütəxəssisə xidmətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.   Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər