Zədə üzündən yeni komandasında hələ də debüt etməyən Serxio Ramosun PSJ-dəki qazancı bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "L’Équipe" yayıb.
Mənbə müdafiəçinin illik 6 milyon avro əməkhaqqı aldığını açıqlayıb. Bu, italiyalı qapıçı Canluici Donnarummanın Paris təmsilçisindəki maaşından 7 milyon avro azdır.
Qeyd edək ki, İspaniyanın "Marca" qəzeti bu ilin yanvarında Ramosun "Real Madrid"lə illik 12 milyon avro maaşla, 2 illik anlaşma imzalamağa çalışdığını açıqlamışdı.
Nihat