Ramosun davranışı PSJ-ni qane etmir

Ramosun davranışı PSJ-ni qane etmir

Fransanın PSJ klubu ispaniyalı müdafiəçi Serxio Ramosun (Sergio Ramos) davranışından narazıdır.

Fanat.Az xəbər verir ki, bu barədə "Cadena Ser" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu klubun digər oyunçularına yuxarıdan aşağı baxır və onlara qarşı özündən razı davranır. 

Futbolçulardan bir neçəsi bu barədə narazılığını da ifadə edib. Ramos münasibətini dəyişməyəcəyi təqdirdə, PSJ-nin baş məşqçisi Maurisio Poçettino ona start heyətində yer verməyə bilər.

Xatırladaq ki, Serxio Ramos 2021-ci ilin iyulunda PSJ ilə  müddəti 2023-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər