Ramos "Real"la bağlı qərarını verdi

Ramos "Real"la bağlı qərarını verdi
Serxio Ramos karyerasını "Real"da bitirmək istəyir.
Fanat.Az xəbər verir ki, Ramos "Vilyarreal"la oyundan (2:1) sonra klubun mətbuat xidmətinə açıqlamasında qeyd edib:
"Burada olmaq mənim üçün xoşdu və hamı bunu bilir. Karyeramı "Real"da bitirmək istəyərdim. Klubda xoşbəxtəm və özümü rahat hiss edirəm. Ümid edirəm ki, "Real"ın futbolçusu kimi təqaüdə çıxacam".
Ramos mart ayında 34 yaşını qeyd etmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər