"Real"ın müdafiəçisi və kapitanı Serxio Ramosun klubu tərk edəcəyi ilə bağlı xəbərlər səngimir.
Fanat.Az xəbər verir ki, bu dəfə "Diario AS" ortaya yeni səbəb qoyub.
Mənbə Ramosun yeni 2 illik müqavilə imzalamağı hədəflədiyini, ancaq Madrid klubunun 1 illik anlaşma təklifi ilə çıxış etdiyini qabardıb. Danışıqlar davam etdirilsə də, tərəflər ortaq məxrəcə gələ bilmir. Yazılanlara inansaq, ispan müdafiəçi məhz bu üzdən iş yerini dəyişməyi üstün tutacaq.
2005-ci ildə "Sevilya"dan transfer olunan E.Ramosun "Real"la olan müqaviləsinin müddəti 2021-ci ilə qədərdi.
Fanat.Az