Ramos "Real"da 100-cü qolunu vurdu

Ramos "Real"da 100-cü qolunu vurdu
Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən "Real" - "İnter" (3:2) oyunu meydan sahiblərinin kapitanı Serxio Ramo üçün əlamətdar olub.
 
Fanat.Az xəbər verir ki, sözügedən qarşılaşmada fərqlənən 34 yaşlı müdafiəçi Madrid klubunda 100-cü qoluna imza atıb. O, komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən "Real"da çıxış edir. O, geridə qalan 15 il müddətində klubu ilə 22 titul qazanıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər