Ramos PSJ-də debüt etməyə hazırdır

Ramos PSJ-də debüt etməyə hazırdır

PSJ Fransa çemionatının 10-cu turunda "Anje" ilə qarşılaşacaq. 

Fanat.Az "Get French Football News" saytına istinadən xəbər verir ki, komandanın yeni transferi Serxio Ramos (Sergio Ramos) sözügedən oyunda debüt edə bilər.

Baldır əzələsinin zədəsi sağalan 35 yaşlı ispan müdafiəçi artıq PSJ-nin heyətində meydana çıxmağa hazırdır.

Qeyd edək ki, Liqa 1-də 10-cu turun oyunları oktyabrın 15-i başlayacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər