Ramiz Məmmədov "Mingəçevir"i ziyana saldı

Ramiz Məmmədov "Mingəçevir"i ziyana saldı

AFFA 1-ci Liqa təmsilçisi "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovu 2 oyunluq cəzalandırıb. 

Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Buna Məmmədovun sözügedən çempionatın 7-ci turunda "Şəfa" ilə ev oyununun 63-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Nəticədə mütəxəssisə 2 oyunluq cəza verilib, "işıqçılar" isə 1500 manat cərimələnib. Mingəçevir təmsilçisinin azarkeşləri oyundan sonra hakimi təhqir etdikləri üçün klub daha 1500 manat ödəyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər