Ramiz Məmmədov "Mingəçevir"dən ayrılır? - SON DURUM

Ramiz Məmmədov "Mingəçevir"dən ayrılır? - SON DURUM

1-ci Liqadakı mübarizəni turnir cədvəlinin 2-ci pilləsində başa vuran, elitaya vəsiqə uğrunda pley-off matçında "Qəbələ"yə 0:2 hesabı ilə uduzan "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovun klubdakı gələcəyi qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, mütəxəssisin taleyinə yaxın vaxtlarda aydınlıq gələcək.

Belə ki, bu həftəyə planlaşdırılan klubdaxili toplantının ardından onun "işıqçılar"ın "sükanı arxası"nda qalıb-qalmayacağı dəqiqləşəcək.

Xatırladaq ki, "Mingəçevir" Məmmədovun rəhbərliyi altında 1-ci Liqada çıxdığı 27 oyunda 15 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb. Aran təmsilçisi mövsümü 51 xalla tamamlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər