Ramiz Məmmədov onu da yanına apardı

Ramiz Məmmədov onu da yanına apardı

Ötən mövsümü 1-ci Liqa təmsilçisi "Mingəçevir"də keçirən mərkəz müdafiəçisi Xəyal Muradovun yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, arxa xətt oyunçusu karyerasını 1-ci Liqada davam etdirəcək.

Muradov artıq "Karvan Yevlax"la razılaşıb. Sözügedən futbolçu Yevlax komandasına geridə qalan "futbol ili"ndə rəhbərliyi altında oynadığı mütəxəssisin - Ramiz Məmmədovun dəvəti ilə yollanıb. Tərəflərin yaxın vaxtlarda rəsmi müqaviləyə imza atacaqları gözlənilir. 

Xatırladaq ki, elitadan düşən "Karvan" Məmmədovun təyinatını bir müddət öncə açıqlayıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər