Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovla aralarında soyuqluq yarandığını etiraf edib. Fanat.Az xəbər verir ki, PFL rəhbəri baş məşqçidən incidiyini bildirib:
"Onun "Neftçi"yə keçməsinə zamin durmuşam. Tərlan gözəl məşqçi, gözəl insandı. Amma Antalyada klubların nə işlə məşğul olması haqda məlumatımız var. Mənə deyildi ki, Tərlan vaxtının çoxunu klubdan kənarda keçirir. Mən də bu səbəbdən ona iradımı bildirdim, dedim ki, axı sənə zamin durmuşam. Ondan incimişəm. Amma Tərlan yaxşı məşqçidi, onun xasiyyətinə bələdəm. Bilirəm ki, Tərlana cavab verməməyim onu yerindən tərpədəcək”.
Fanat.Az