"Harada yazılıb ki, ölkə kubokunun finalında təhlükəsizliyi qonaq komanda qoruyur?"Bir həftə əvvəl keçirilən Azərbaycan kubokunun final qarşılaşmasından sonra ötən gün Xəzər TV-də qonaq olan PFL prezidenti Ramin Musayev ona qarşı ittihamlar irəli sürən “Xəzər-Lənkəran” rəhbərliyini tənqid edib:“Klub rəhbərliyi sən mənə cavab ver? Niyə gizlənmişdin? Baş məşqçi stadiona yaxınlaşdı, sən də yaxınlaşardın, klubun yanında durardın. Bəlkə, gəlsəydin bu hadisə baş verməzdi? Gəl, oturaq danışaq, cavab verək”.“Xəzər Lənkəran” Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin klub rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərə cavab verib. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “qafqazinfo”ya açıqlamasında Ramin Musayevin iddialarının gülməli olduğunu deyib:“Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev üzərinə gələn bu qədər ciddi iradı çıxıb televiziyada kimlərinsə üzərinə atmaq məcburiyyətində idi ki, belə də etdi. Çünki PFL ölkə futbolunda növbəti biabırçılığı ört basdır etmək istəyir. Ramin bəy deyir ki, klub rəhbərliyi harada idi? Mən də ondan soruşmaq istəyirəm, Neftçi klubunun bütün rəhbərliyi meydanda idi. Neylədilər ki? Məgər onların gözü qarşısında Xəzər Lənkəran futbolçuları döyülmədi?Klub rəhbərliyi meydanda yaranan dava-dalaşa cavabdeh deyil. Cavabdeh olan PFL-dir və PFL-də bunun öhdəsindən gələ bilmədi. Nizamnamə və Əsasnamə var. Ramin bəy bizə göstərsin ki, harada yazılıb ki, ölkə kubokunun finalında təhlükəsizliyi qonaq komanda qoruyur. “Xəzər Lənkəran” finalın bu səviyyədə alınmasına ən böyük töhfəsini Lənkərandan Bakıya gətirdiyi minlərlə azarkeşi ilə, gözəl bannerləri, hazırladığı proqramla verdi. Əvəzində PFL bizə nə verdi-şillə, təpik, yumruq”.idman24.az
“Ramin Musayev bizə şillə, təpik, yumruq verdi”
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"