Ramil Super Liqada yenə debüt etmədi

Ramil Super Liqada yenə debüt etmədi

Türkiyə Super Liqasında IX turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası  "Trabzonspor" doğma meydanda "Rizəspor"la qarşılaşıb. 

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. Ramilin adı bu görüşün iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Trabzonspor" 9 turdan sonra 11 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər