Ramil Şeydayev Rusiyanın ən yaxşıları arasında

Ramil Şeydayev Rusiyanın ən yaxşıları arasında
Rusiya Premyer Liqasında XVIII turun simvolik komandası açıqlanıb. 
Fanat.Az xəbər verir ki, "11-liy"ə milli komandamızın üzvü Ramil Şeyayev də düşüb.
"Lokomotiv"lə Moskvadakı qarşılaşmada "Krılya Sovetov"u məğlubiyyətdən xilas edən və komandasına 1 xal qazandıran hücumçu görüş ərzində 52 faizlik uğurlu reytinqə malik ən yaxşı iki hücumçudan biri olub. O, matçda 2 dəfə qapıya zərbə ilə yadda qalıb ki, bunun birində toru silkələyib. Yerli KİV Şeydayevin baş məşqçi Miodraq Bojoviçin ona verdiyi şansdan maksimum yararlandığını vurğulayıb.
Qeyd edək ki, "Lokomotiv" - "Krılya Sovetov" oyunu 2:2 hesabı ilə başa çatıb.
Fanat.Az
 
Ramil Şeydayev Rusiyanın ən yaxşıları arasında
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər