Ramil Şeydayev oynadı, "Dinamo" "Zenit"ə uduzdu

Ramil Şeydayev oynadı, "Dinamo" "Zenit"ə uduzdu
Rusiya Premyer Liqasının V turuna start verilib.
Fanat.Az xəbər verir ki, bu turda futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Moskva "Dinamo"su öz meydanında "Zenit"i qəbul edib.
Moskvanın "VTB Arena" stadionunda keçirilən görüş 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Matçda qolları Artyom Dzüba (10-cu dəqiqə) və Maqomed Ozdoyev (88) vurub.
Ramil Şeydayev 90 dəqiqə meydanda olub.
Bu oyundan sonra "Zenit" xallarının sayını 13-ə çatdırıb və çempionatda liderliyini davam etdirir. "Dinamo" 5 xal ilə 11-ci yerdə qərarlaşıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər